Kimə əncir yemək olmaz? - SİYAHI

media-hightechnic-468x90

Ən qədim mədəni bitki olan əncirin faydaları saymaqla bitməz. Lakin bəzən hətta belə faydalı və müalicəvi meyvə də insana ziyan vura bilər.

media-banner_tkm

Əncirin istehlakı bəzi xəstəliklər və pozulmalar zamanı arzuolunmaz sayılır.

Yenicag.az sizə bu xəstəliklərin siyahısını təqdim edir:

– Əncirin şirin növləri şəkərli diabetin ağır formalarında ziyan vura bilər.

– Əncir turşəng turşusu ilə zəngin olduğundan podaqra xəstələri üçün faydalı sayılmır.

– Miqrendən əziyyət çəkirsinizsə, əncir yeməyin. Bəzi qida məhsulları, məsələn, pendir, şokolad və o cümlədən əncir miqren turmasının inkişafına təkan verə bilər.

– Böyrək daşı xəstəliyi zamanı əncirin istehlakı tövsiyə edilmir. Bunun səbəbi əncirin tərkibində olan oksalatlardır.

– Həmçinin əncirin istehlakı öd daşı xəstəliyi zamanı da arzuolunmaz sayılır.

– Mədə-bağırsaq sistemi xəstəlikləri zamanı (qastrit, xora xəstəliyi, pankreatit) əncirin istehlakı xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

– Nadir hallarda olsa da əncir allergik reaksiyalara səbəb ola bilər.

– Əncirin çoxlu miqdarda istehlakı ishala səbəb ola bilər. Məhz bu səbəbdən uşaq əmizdirən analar da çox əncir yeməməlidir./saglamolun/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05