Əraqçi: "ABŞ və İsrail İrandakı vəziyyətdən öz xeyrlərinə istifadə etməyə çalışır"

media-hightechnic-468x90

Birləşmiş Ştatlar və İsrail İranda baş verən iğtişaşlardan hərbi yolla nail ola bilmədikləri məqsədlərə çatmaq üçün istifadə etməyə çalışırlar.

Yenicag.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına verdiyi açıqlamada bəyan edib.

O əlavə edib ki, bəzi qüvvələr Vaşinqtonu İsrailin maraqlarını həyata keçirmək məqsədilə müharibəyə cəlb etməyə çalışır.

“Hazırlanmış terrorçu elementlər etirazçılar sırasına sızaraq təhlükəsizlik qüvvələrinə və nümayişçilərə hücum ediblər”, – Əraqçi bildirib. Respublika rəhbərliyi hesab edir ki, etirazlar zamanı törədilən qətllər ABŞ Prezidenti Donald Trampı İslam Respublikasının daxili işlərinə müdaxilə etməyə sövq etmək məqsədi daşıyır.

“Biz xaricdən, xüsusilə İsraildən dəstək alan terrorçu qrupların fəaliyyətini davam etdirməsinə imkan verməyəcəyik”, – deyə o vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa