Ərdoğan Azərbaycan və Türkmənistan liderləri ilə qaz qovşağının yaradılmasını müzakirə edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın əvvəlinə planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə ölkəsində qaz mərkəzinin yaradılmasını müzakirə etməyi planlaşdırır.
“Rusiya Prezidenti Vladimir Putin və ölkə rəsmiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək. Onun yaradılmasının gələn ayın əvvəlində Aşqabad səfəri zamanı Türkmənistan və Azərbaycan Prezidentləri ilə müzakirə edilməsi planlaşdırılır. Mən müsbət nəticələrə ümid edirəm”, – Ərdoğan G20 sammiti üçün İndoneziyaya uçmazdan əvvəl jurnalistlərə bildirib.
www.yenicag.az