!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: "Taxıl sazişi"nin uzadılmasına çalışacağam"

!Reklam – Yazi

“Artıq 10 milyon tondan çox taxıl dünya bazarına ixrac olunub”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiyanın dövlət başçısı Vladimir Putinlə qarşıdakı telefon danışığında bu məsələni də müzakirə edəcək.

“Türkiyəyə qayıdan kimi rusiyalı həmkarım Vladimir Putinlə telefonla danışacağam. Onunla xüsusilə gübrə ixracı barədə müzakirə aparacağam. Razılığın müddətinin ən azı 1 il uzadılmasına çalışacağam. İnanıram, buna nail ola biləcəyik”, – R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, R.T.Ərdoğan G20 ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv