“Erməni məsələsini həll etmək üçün şans yaranıb”

media-hightechnic-468x90

mubarizehmedoglu_flesErmənistanın uğursuzluq zolağında olmasının səbəbi özü üçün yaratdığı Dağlıq Qarabağ problemidir. Dünya erməniliyinin qarşısında duran isə Azərbaycandır.

Bu fikri bu gün keçirdiyi Qarabağ saatında politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, dünən Bakıda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərif təsadüfənmi Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi? Xeyr: “O Ermənistana səfər edib daxili vəziyyəti biləndən sonra dedi ki, biz əvvəldən Azərbaycanın ərazi bütövlüyünə dəstək veririk. İndiki dövrdə Azərbaycanı istəməyənlərin sınanmış metodu var. Ermənistanın daxilində destabilizasiya olanda, Azərbaycanda da buna cəhd edirlər. Lakin dünyada baş verən proseslərə baxmayaraq Azərbaycan daxili sabitliyini qoruya biləcək”.

M.Əhmədoğlu bəyan edib ki, biz indiki regional vəziyyətdə olan status kvonu –Ermənistan uğursuzluq, Azərbaycanın uğur zolağında olması ilə bağlı vəziyyəti qoruyub saxlamalıyıq: “Təkcə Dağlıq Qarabağ deyil¸ bütövlükdə erməni məsələsini həll etmək üçün şans yaranıb”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ MDB-dəki münaqişələrdən həlli ən yaxın olan münaqişədir. Çünki 2009-cu ildə Madrid prinsiplərinin yenilənmiş versiyası kimi sənəd qəbul edildi: “Dünən XİN rəhbəri Elmar Məmmədyarov da Madrid prinsipləri əsasında böyük sülh sazişi üzərində işləməyin vacibliyindən danışdı. Lakin Ermənistan bütün cəhdləri ilə həmin sənədin prinsiplərinin reallaşmasının qarşısını alır”(azadinform).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600