Ermənilər 800 min türkü və kürdü qətlə yetirib
“Erməni soyqırımı”nın 99-cu ilində Səlcuq Universitetinin tarixçisi Caner Arabacı şok açıqlamalar verib.
O, deyib ki, ermənilərin adı ilə bağlı hadisələr 1893-1894-cü illərdə imperialist ölkələr -İngiltərə, Fransa, Amerikanın qızışdırması nəticəsində başladı: “Bu ölkələr Türkiyəni parçalamaq üçün ermənilərdən vasitə kimi yararlandılar. Nəticədə erməni şəbəkələri Türkiyədə üsyanlara, silahlı basqınlara başladı. O zaman Anadoluda daş daş üstə qalmadı. Ermənilər bütün Anadolunu yandırıb külə döndərdilər. Ermənilərin bu vəhşətinə qarşı türk və kürd xalqları birləşdi və mübarizəyə başladı.
1893-1894-cü ildən 1920-ci ilə qədər ermənilər Türkiyədə 800 min nəfər türk və kürdü vəhşicəsinə qırdılar. Bu müharibələr zamanı 430 min erməni tələf oldu”.
Daha sonra erməniləri “imperiya dəzgahı” adlandıran tarixçi bildirib ki, o dövrün həqiqətlərini araşdırmaq üçün Türkiyənin təklifinə görə həm Osmanlı, həm də erməni arxivləri açılacaq. Lakin Ermənistan Türkiyənin bu təklifinə razılıq vermir: “Çünki arxiv açılsa, ermənilərin daim rus, ingilis, fransız və amerikalılar tərəfindən necə istifadə edildikləri və vəhşilikləri üzə çıxacaq”.