Ermənilər arxivlərin açılmasından qorxurlar

media-hightechnic-468x90

646150Elman Məmmədov: “Arxivlərin açılması ermənilərə sərf etmir”

 Qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində ermənilər Türkiyə üzərinə daha aktiv şəkildə hücumlar təşkil etməyə çalışırlar. Türkiyə isə saxta soyqırım məsələsinin çözülməsi üçün arxivlərə müraciət edilməsini təklif edir.  Lakin Ermənistan buna qarşı çıxır. Görəsən, niyə ermənilər arxivlərin açılmasından qaçırlar?

elman_mammadov_281114Millət vəkili Elman Məmmədov Yenicag.az-a açıqlamasında bildirdi ki, ermənilər arxivlərin açılmasından ona görə yayınır ki, sənədlər üzə çıxarsa özlərinin yalan uydurduqları aşkarlanacaq: “Ermənistanın qondarma soyqırımla bağlı həqiqətlərin üzə çıxması üçün  arxivlərin açılmasından qaçmasının səbəbi odur ki,  erməniləri bir əsrdir dünyaya yaydıqları yalançı soyqırım əslində ermənilərin öz  ünvanına yazılmalıdır. Çünki ortalıqda tarixi həqiqətlər var. 1915-ci ildə türk əsgəri cəbhələrdə savaşırdı. Türkiyəyə qarşı müharibə açan dövlətlər vardı. Həmin dövlətlər Türkiyə ərazisində yaşayan erməniləri silahlandırmış və təşkilatlandırmışdılar. Türkiyəyə qarşı vuruşan Fransa ordusunun tərkibində erməni legionu yaradılmışdı. O cümlədən çar Rusiyası da erməniləri silahlandırmışdı.  Onlar ermənilərə Türkiyə daxilində üsyan qaldırmağı təklif etmişdilər. Hətta vəd etmişdilər ki, ermənilərə Türkiyə ərazisində dövlət yaratmağa kömək edəcəklər. Buna görə də silahlanmış erməni dəstələri Türkiyə ərazisində dinc türk əhalisinə qarşı kütləvi qırğınlar törətdi. Vanda, Ərzurumda, Qarsda, İqdırda, Bitlisdə ermənilər belə qırğınlar törədib. Tarixi həqiqətlər ortalıqdadır. Bu tarixi həqiqətləri təkcə Türkiyə alimləri yazmayıb, Qərb və Rusiyanın da bir çox alimləri bu məsələdə həqiqətləri üzə çıxarıb. Həqiqət ortalıqda olduğundan və həmin həqiqətlər arxivlərdə toplandığından ermənilər neçə illərdir ki, Türkiyənin bu təklifindən qaçır. Türkiyə tərəfi dəfələrlə bəyan edir ki, öz tərəflərindən bütün arxivləri açır. Faktı tarixçilər araşdırsınlar. Amma ermənilər buna getmir, çünki onlara sərf etmir. Eyni zamanda, erməniləri həvəsləndirən havadarlarına da arxivlərin açılması sərf etmir. Çünki, bu halda həqiqət üzə çıxacaq və onda Türkiyə Ermənistana qarşı soyqırım iddiası ilə çıxış etməli olacaq. Ermənistana və ona havadarlıq edən ölkələrin hamısına aydırdır ki, arxivlər açılsa Ermənistan fakt qarşısında qalacaq. Məlum olacaq ki, tarixin həmin dövründə erməni quldurları Türkiyə ərazisində, eynilə Qafqazda, Bakı da daxil olmaqla Azərbaycanın tarixi torpaqlarında kütləvi soyqırım törədiblər. Bu həqiqi tarixin üzə çıxması isə ermənilərə sərf etmir. Ancaq tarixin üzü sərtdir. Bir gün bu həqiqətlər üzə çıxacaq və ermənilər qurduqları bu oyunun qarşısında cavab verməli olacaqlar”.

Rüfət

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600