Ermənilər təxribata əl atdı - Millimizin əməkdaşı qarşısını aldı

media-hightechnic-468x90

Sentyabrın 1-i DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində “Stad de Lüksemburq” stadionunda baş tutan Lüksemburq-Azərbaycan oyunu zamanı ermənilər təxribata əl atıb.

Yenicag.az xəbər verir ki, onlar meydançanın azarkeşlər olan hissəsindən qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını asıblar.

Bunu görən Azərbaycan milli yığmasının və “Sumqayıt” FK-nın təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov erməni təxribatının qarşısını alıb, həmin bayrağı onların əlindən alıb.

Qeyd edək ki, matç Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600