“Ermənipərəst Fransa Türkiyədən Azərbaycanı qurban verməyi tələb edir” –Ekspertlər

media-hightechnic-468x90

Franois_HollandeFransa prezidenti Fransua Olland Türkiyə və Ermənistana barışıq mesajı göndərib. Aradüzəldənlik etmək istəyən Ollandın sözlərinə görə, hər iki xalq yeni başlanğıc üçün tabuları yıxmalıdır. Türkiyə rəsmiləri isə hələlik bu çağırışa münasibət bildirməyib.

 

 

Mövzunu Yenicag.az-a şərh edən politoloq Tofiq Abbasov düşünür ki, “Əgər Ollandın göndərdiyi mesajın arxasında tərəfkeşliyə işarə edən məqamlar olmazsa onda müraciəti pozitiv tərzdə qiymətləndirmək olar. Lakin məsələ ondadır ki, bu il aprelin 24-də Ermənistan və Türkiyədə ayrı-ayrı 100-illik tədbirləri keçiriləcək.Ermənistanın dəvət etdiyi rəsmi qonaqlar İrəvanda qondarma soyqırım qurbanlarının anım mərasimində iştirak edəcəklər. Ankaranın dəvətinə səs verənlər isə tarixi Çanaqqala döyüşündə həlak olmuş 300 min zabit və əskərin xatirəsini yad edəcəklər. Artıq bəllidir ki, Fransua Olland yalnız Ermənistana səfər edəcəyi barədə rəsmi bildiriş verib. Bu yanaşma özlüyündə rəsmi Parisin necə paritet prinsipinə riayət etməsini bütün çılpaqlığı ilə nümayiş etdirir. Zənn edirəm ki, əvvəl bir gündən Fransa kimi nüfuzlu məmləkətin problemlə məsələdə məhz ermənilərin mövqeyini cidd-cəhdlə müdafiə etməsi, erməni terrorunu məhkum etməməsi bir həqiqəti üzə çıxarır – rəsmi Paris ermənilər və Ermənistanı sistemli şəkildə müdafiə edib ondan siyasi dəstəyini əsirgəmir. Bu səbəbdən də ortaya çıxan qənaət yalnız belə ola bilər ki, Paris münaqişə tərəflərinə mesaj verməklə sadəcə formal bir addım atıb və bununla da yalnız öz yerini bərkidir, eləcə də ermənipərəst mövqeyini ört-basdır etməyə çalışır”.

Politoloq Mayis Gülalıyev isə düşünür ki, “Türkiyə-Ermənistan arasında anlaşılmazlıq o səviyyədə deyil ki, Ollandın məktubu ilə həll edilsin! Bu səviyyəli anlaşılmazlıqlar kiminsə xahişi ilə həll edilmir. Həll üçün anlaşılmazlıq özü aradan qalxmalıdır. Anlaşılmazlığın mahiyyətində isə Türkiyənin milli maraqları dayanır. Ermənistan elə bir şey tələb edir ki, nə türkiyə prezidenti, nə də Türkiyə cəmiyyəti buna razı ola bilməz. Bu, birincisi qondarma “erməni soyqırımının” Türkiyə tərəfdən etiraf edilməsidir. Digəri isə, şərqi Türkiyə ərazilərinin, xüsusilə Qars vilayətinin Ermənistana verilməsidir. Bu mümkün olan şey deyil. Odur ki, Ollanda barşıq deməmişdən əvvəl gərək məntiqlə düşünsün ki, o şeyi ki, Ermənistan tələb edir, o cəfəngiyatdır. Olland və ona oxşar Qərb siyasiləri “barışıq ” deyəndə adətən Türkiyədən güzəşt istəyirlər. Elə beləcə də onlar Azərbaycan-Ermənistan barışığını təsəvvür edirlər. “Barışıq” yəni Azərbaycan Qarabağı onlara güzəştə getsin. “barışıq” yəni Türkiyə qondarma “erməni soyqırımını” qəbul etsin. Bu qətiyyən mümkün olan barışıq deyil”.

 

Kamran/Yenicag

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600