Ermənistan Azərbaycana ən azı 700 milyard dollar borcludur

media-hightechnic-468x90

karabakh_040809_1Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi illər ərzində vurduğu zərər ən azı 700 milyard dollar təşkil edir. Bunu Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, işçi qrupu dəymiş zərərin hesablanması üzrə işləri hələ də davam etdirir: “Bu rəqəm hələ minimal göstəricidir”.

N.İbrahimov qeyd edib ki, işlərin təqribən 70 faizi başa çatdırılıb: “Tarixi abidələrə, təbii resurslara vurulmuş zərər, qismən də ətraf mühitə dəymiş ziyan hesablanıb”.

O, əlavə edib ki, yaxın vaxtlarda bu işə kömək edəcək xarici mütəxəssislərin gəlməsi gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600