“Ermənistan Dağlıq Qarabağda qələbə qazandı”

media-hightechnic-468x90

şçmşlkl“Ermənistan Dağlıq Qarabağda qələbə qazandı. Lakin hazırda Ermənistan məğlubiyyətə doğru gedir”.

Bunu Ermənistanın ASALA terror təşkilatının fəal üzvü Vazqen Sislyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Qarabağ uğrunda sonadək mübarizə apara bilmədi.

“Biz hazırda müharibə vəziyyətindəyik. Ermənistanın bu gün Dağlıq Qarabağla bağlı yürütdüyü siyasət məğlubiyyətə gətirib çıxaracaq”, – deyə ASALA fəalı bildirib.

Vazqen Sislyan həmçinin qondarma erməni soyqırımı haqda fikirlərini deyib. O. bildirib ki, nə Ermənistan hökuməti, nə də diasporu hələ o səviyyəyə çatmayıb ki, erməni soyqırımını dünyaya tanıda bilsin. Onun sözlərinə görə, Ermənistan hökumətinin “erməni soyqırımı”nın Türkiyəyə tərəfindən tanınması üçün heç bir gücü yoxdur(anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600