Ermənistan ordusu diversiya həyata keçirir

media-hightechnic-468x90

img1736092Bu dəqiqələrdə Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” düşmən ordusunun təmas xəttinin şərq istiqamətində həyata keçirdiyi “cəza əməliyyatı” barədə məlumat yayıb.

Yenicag.az müsavat-a istinadən xəbər verir ki, məlumatda iddia edildiyinə görə, bu əməliyyat nəticəsində təmas xəttinin şərq istiqamətində (Ağdam) Azərbaycan ordusunun iki mövqeyi, habelə bir minik avtomobili sıradan çıxarılıb.

Təmas xəttinin bu istiqamətinin başqa hissəsində isə Azərbaycan ordusunun iki əsgərinin vurulduğu iddia edilir.

Bu məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya müraciət edilib.

V.Dərgahlı “məsələdən məlumatlı olduqlarını, əgər Müdafiə Nazirliyinin rəsmi bəyanatı olacaqsa, nazirliyin saytında yerləşdiriləcəyini” deyib.

Azərbaycan ordusunun bu gün ərzində itki verib-vermədiyi haqda suala isə V.Dərgahlı şərh verməyib, nazirliyin rəsmi bəyanatını izləməyi məsləhət görüb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanı “preventiv zərbələrlə” hədələmişdi və erməni ordusunun təmas xəttində hücum əməliyyatları keçirə biləcəyini demişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600