Ermənistan parlamenti tüstü içində – VİDEO+FOTO

Ermənistan parlamentinin “Yelk” adlı müxalif fraksiyasının nümayəndəsi, deputat Ararat Mirzoyan qəribə aksiya ilə yadda qalıb. 

Yenicag.az xəbər verir ki, o, parlamentin iclasında çıxışı zamanı məşəl yandıraraq hər kəsi azadlıq uğrunda ayın 13-ü keçiriləcək mitinqə səsləyib.

“Yelk” fraksiyasından olan başqa bir deputat Lena Nazaryan da “məşəl yandırma mərasimi”ndə həmkarına qoşulub.

Parlamentin iclas zalı tüstüyə bürünüb.

Zaur H.