“Hazırkı vəziyyəti Azərbaycana qarşı əzələ nümayişi kimi də qiymətləndirmək olar”.
Bunu Yenicag.az-a açıqlamasında Qərbi Zəngəzur ətrafında erməni hərbi birləşmələrinin aktivliyinin pərdəarxası amillərindən danışan hərbi ekspert Telman Qasımov deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda Rusiya və İranla yanaşı digər qlobal güclərin də maraqları mövcuddur.
“Nəticə olaraq, Ermənistan isə göstəriş yerinə yetirən ölkədir. Belə olan təqdirdə, həmin güclər daim bu regionu gərginlik altında saxlamaqdan ötəri əlaltısı olan İrəvandan istifadə edirlər. Təəssüf verici məqam da məhz Ermənistanın Qərbin göstərişi ilə oynamasıdır. Hazırkı vəziyyəti Azərbaycana qarşı əzələ nümayişi kimi də qiymətləndirmək olar. Öz ağılları ilə “xox” gəlməyə çalışırlar. Lakin düşünmürəm ki, ermənilər belə addımlarla Azərbaycana qarşı nə isə edə bilsinlər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az