“Ermənistan Rusiya ilə dostluq münasibətlərinin simvolunu məhv edir”.
Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov sosial şəbəkə hesabında yazıb.
Markov Paşinyanın 2024-cü il avqustun 1-dən İrəvan hava limanında rus sərhədçilərinin işini dayandırılması ilə bağlı fikirlərinə münasibət bildirib.
“Ermənistan 2024-cü il avqustun 1-dən İrəvan hava limanında rus sərhədçilərinin işini dayandıracaq, Paşinyan bildirib.
Oradakı rus sərhədçiləri Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərinin simvolu idi. İndi Ermənistan bu dostluq simvolunu məhv edir.
Həqiqətən də bu, işləmir, çünki dostluq yoxdur. Ermənistan tərəfində isə Rusiyaya xəyanət var. Rusiya üçün nəticə çıxarmağın vaxtıdır”, – Markov qeyd edib.
Xuraman Etibarlı
www.yenicag.az