“Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılığa gəlməsi vacibdir”

media-hightechnic-468x90

Rusiya Ermənistan-Azərbaycan nizamlanması prosesində mühüm rol oynamaqda davam edir və bundan sonra da bu istiqamətdə kömək edəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, heç kim Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hansısa tarixə bağlamağa çalışmır, əsas odur ki, bu sənəd imzalansın.

Peskov əlavə edib ki, Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılığa gəlməsi vacibdir və hamı bunun üçün bir-biri ilə rəqabət aparmadan səy göstərməlidir.

Rusiya Prezidentinin mətbuat katibi onu da qeyd edib ki, Ermənistan hər şeyin razılaşdırılmamasına baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalacaq./Oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05