Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanın baş naziri olmağa hazıram - Paşinyan

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan ölkənin baş nazir olmağa hazır olduğunu bəyan edib.

Yenicag.az xəbər verir ki, o, jurnalistlər üçün təşkil etdiyi brifinqdə bunları söyləyib:

“Xalq üzərimə məsuliyyət qoydusa, mən baş nazir olmağa hazıram. Böyük ehtimalla bu belə də olacaq”.

Müxalifət lideri həmçinin bəyan edib ki, Ermənistanın baş naziri “Respublika” partiyasının yox, xalqın təmsilçisi seçilməlidir.

Onun sözlərinə görə, artıq bu partiyanın erası bitib, onlar hakimiyyətdən əl çəkməlidirlər.

Xatırladaq ki, son günlərə kimi Ermənistanda keçirilən etiraz aksiyalarına məhz Nikol Paşinyan rəhbərlik edirdi. Etiraz aksiyalarının sonunda Serj Sarkisyan ötən gün baş nazir postundan istefa verdi.

Loading...

www.yenicag.az

1006
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100