!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın ləngitdiyi SÜLH: "Müqavilənin ilin sonuna qədər imzalanacağını..."

!Reklam – Yazi

“Hər zaman olduğu kimi, Azərbaycan öz prinsipial mövqeyini qorumaqdadır”.

Bunu Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gələcək perspektivindən danışan politoloq Əlabbas Məhərrəmli Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda sülh prosesində durğunluq müşahidə edilir:

“Hər birimiz bu müqavilənin ilin sonuna qədər imzalanacağını düşünürdük. Xüsusilə COP29 çərçivəsində sülh prosesinin daha da sürətlənəcəyinə ümid edirdik. Lakin Ermənistanın həmin tədbirdə iştirak etməməsi bu gözləntiləri puç etdi. Həmçinin sülh prosesini durğunluğa sürüklədi.

Hər zaman olduğu kimi, Azərbaycan öz prinsipial mövqeyini qorumaqdadır. Ləngimənin səbəbi isə yenə də Ermənistanla bağlıdır. Birmənalı olaraq sülh müqaviləsinin əldə edilməsi üçün Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ehtiva edən konstitusiyasına düzəliş olunmalıdır. İrəvan prosesi ləngitməklə yaxşı heç nəyə nail olmayacaq. Dərk etməlidir ki, sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Əvvəl-axır bu müqavilə imzalanacaq. İlin sonuna qədər olmasa belə, 2025-ci ildə Azərbaycanın şərtləri daxilində mütləq sülh əldə ediləcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv