Ermənistanın hərbi və informasiya təxribatı ilə bağlı İctimai Liderlər Platformasının
BƏYANATI
Bakı 13 iyul 2020-ci il
Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Düşmənin xain hücumu zamanı dörd əsgər və zabitimiz qəhrəmancasına şəhid olub. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb.
Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatçılıq doğurdu. Biz hamımız yaxşı anlayırıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
Bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır. Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər.
Biz, İctimai Liderlər Platforması olaraq cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı, hər bir vətəndaşımızı və bütün ictimai fəalları bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə çağırırıq.
Biz, düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda hamını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ordumuza dəstək olmağa çağırırıq!
Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!
Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Tanrı Dövlətimizi, Xalqımızı, Müstəqilliyimizi və Ordumuzu qorusun!
İctimai Liderlər Platformasının üzlvlər
Rauf Zeyni
Milli Qeyri-Hökumət Təşkilatları Forumu
Sabit Bağırov
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondu
Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondu
Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
Novela Cəfərova
D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti
Səadət Bənənyarlı
“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyi
Səltənət Qocamanlı
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
Qorxmaz İbrahimli
Biosfer İctimai Birliyi
Əvəz Həsənov
Humanitar Tədqiqatlar İctimai Birliyi
Əziz Ələkbərov
Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
İsrayıl İsgəndərov
“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
Vüqar Bayramov
İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqlari Komitəsi
Məhərrəm Zülfüqarlı
İctimai Problemlərin Tədqiqi Assosiasiyası
Kamil Səlimov
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” ictimai birliyi
Fuad Məmmədov
“SİMURQ” AZƏRBAYCAN MƏDƏNİYYƏT ASSOSİASİYASI
Eyyub Hüseynov
“Azad İstehlakçılar” İctimai Birliyi
Tənzilə Rüstəmxanlı
Azəri Türk Qadinlar Birliyi
Mirvari Qəhrəmanova
Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
Şəmistan Əlizamanlı
“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi
Akif Nağı
Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
Osman Gündüz
Multimediya Sistemləri İctimai Birliyi
Mayis Əliyev
Sosial Hüquqların Araşdırılması
İradə Rizazadə
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi
Bahar Qasımova
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
Məlahət İbrahimqızı
“Lider Qadınlar” İctimai Birliyi
Fizüli Rzaquliyev
Vətən Müharibəsi Veteranları İctimai Birliyi
Mehdi Mehdiyev
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
Mehriban Zeynalova
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
Etibar Əliyev
21-ci əsr Təhsil Mərkəzi İctimai Birliyi
Əhməd N. Abbasbəyli
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi
Nəsiman Yaqublu
Tarix və Mətbuat Araşdırmalarına Dəstək
Şahin Rəcəbov
“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi
Aydın Əbilov
“Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyi
Fikrət Yusifov
Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
Elçin Hüseynov
“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyi
Aydın Kərimov
Müstəqil Hüquq Mərkəzi
Əhməd Qəşəmoğlu
Tərəqqi və Demokratiya İctimai Birliy
Hafiz Həsənov
Hüquq və İnkişaf İctimai Birliyi
Mirəli Hüseynov
Demokratiyanı Öyrənmə İctimai Birliyi
Şəmsəddin Əliyev
Polisə Dəstək İctimai Birliyi
Asif Əsgərli
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
Emin Həsənli
Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləmndirmə İctimai Birliyi
İlqar Orucov
Azəarbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi
www.yenicag.az