Ermənistanla Cənubi Osetiya rəsmilərinin müəmmalı görüşü

media-hightechnic-468x90

скачанные файлыRəsmi İrəvan Ermənistan parlamentinin spikeri Qalust Saakyanın qondarma Cənubi Osetiya Respublikası parlamentinin sədri Anatoli Bibilovla görüşdüyü barədə xəbəri təsdiqləyib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin mətbuat xidmətinin rəhbəri Arsen Babayan görüşün qeyri-rəsmi xarakter daşıdığını bildirib.

“Görüşdə rəsmi məsələlər müzakirə edilməyib. İki şəxs arasında keçirilən qeyri-rəsmi görüşlər siyasi mövqelərə təsir edə bilməz”, – deyə o vurğulayıb.

Qeyd edək ki, A. Bibilov mayın 3-də Xankəndinə “parlament seçkiləri”ni müşahidə etmək üçün səfər edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600