“Əsl təxribatçı Putindir”

media-hightechnic-468x90

lpoÖlkənin şərqində keçirilən anti-terror əməliyyatları tamamilə qanunidir.

Bu sözləri Ukrayna prezidentliyinə namizəd, Vətəndaş Mövqeyi Partiyasının sədri Anatoli Qriçenko verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, anti-terror əməliyyatları başlasa da, davam etdirilmir: “Ötən həftə mən Luqanskda, Donetskdə oldum. Orada anti-terror əməliyyatı yox, imitasiya gördüm. Geri alınmış yerlər möhkəmləndirilmədi, heç kim suyu, işığı kəsmədi, ərzaq tam sərbəst şəkildə daşınır.İndi gecikmə ilə hökumət əlində silahla ölkəni diversant və terrorçulardan təmizlədiyini göstərir. Mən elə bir ölkə tanımıram ki, orada terrorçular əllərində PZRK ilə döyüşsünlər. Bu, yolverilməzdir. Bu şərəfsizlər özlərini qadın və uşaqların arxasında gizlədirlər”.

Prezidentliyə namizəd Putini də tənqid edib: “Əgər təhlükəsizlik xidmətlərinin qüvvəsi çatmasa, sərhədçilər, Milli Qvardiya, Daxili Qoşunlar, Silahlı Qüvvələrin bölmələrindən istifadə etmək lazımdır. Kremlin bütün qışqırıqları isterikadır. Əsl təxribatçı Putindir”(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600