Ət alanda diqqətli olun!

media-hightechnic-468x90

jXəbər verdiyimiz kimi, Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarındakı iribuynuzlu mal-qarada nodulyar dermatit aşkarlanıb.

Müvafiq tədbirlər görülməzsə, xəstə heyvanların sayı arta bilər.

Məsələ ilə bağlı  Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə saxlayıb.

“İnfeksion xəstəlik olan nodulyar dermatit bir həftə öncə Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarındakı iribuynuzlu mal-qarada aşkarlanıb. Hər rayonda 4-5-10 belə heyvan aşkarlanıb. İnfeksiya heyvanlara Türkiyə və İrandan gələn ağcaqanad, milçək vasitəsi ilə keçib”, – o qeyd edib.

Qurum rəsmisinin sözlərinə görə, həmin rayonlara 20 nəfərdən ibarət ekspedisiya göndərilib.

“Onlar yerli baytarlara yardım göstəririlər. Bu cür xəstəliyə Azərbaycanda ilk dəfə rast gəlinir. Hazırda baytarlar heyvanların simptomik müalicəsini həyata keçirirlər”, – o qeyd edib.

Artıq bəzi rayonlarda heyvan bazarları bağlanıb, dezinfeksiya işləri aparılır. Xəstəliyə yoluxan heyvanların sayının artması müşahidə olunmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600