Ətin qiyməti ucuzlaşdı-Video

media-hightechnic-468x90

47691Ölkədə ətin qiymətində ucuzlaşma qeydə alınıb. Ekspertlər bunu yemin baha olması ilə əlaqələndirir. İlk baxışdan bu əhali üçün sevindirici bir hal olsa da, görəsən sonradan ət və ət məhsulları bahalaşmayacaqmı?

Yenicag.az anspress-ə bildirir ki, bütün ölkə ərazisində ətin qiyməti ucuzlaşıb. Aran rayonlarında bu rəqəm 2 manat olmaqla enmə daha kəskin nəzərə çarpır. Məsələn, Bərdədə əvvəl 7 manata olan mal ətinin kilosu indi alıcılara 5 manatdan təklif edilir. Qəssablar ucuzlaşmanı müxtəlif səbəblərlə izah edir.

“Ət məhsulunun qiymətinin aşağı olamsının əsas səbəbi alıcılıq qabiliyyətinin aşağı düşüməsidir. Bizdə də mal-qaranı bazara satışa çıxarmışıq. Çəkisi 250 kiloqram olan mala qəssab deyir ki, 200 kilodur. Bu səbəbdən də əti gətirib özümüz burada qiyməti 5 manatdan satırıq” – deyə qəssab Fəzail Əliyev bildirib.

Ekspertlər ət bazarında hökm sürən ucuzlaşmanın heyvanlara verilən yemin qiymətindəki artımla əlaqəli olduğunu deyirlər. Ötən il yaşanan quraqlığa görə ölkə ərazisində yem məhsullarının tədarükünün aşağı düşməsi mal-qaranın əsas yem bazasını təşkil edən ot bağlamasının qiymətini 5 manata qaldırıb.

Buna görə də fermer saxladığı heyvanı qısa müddətdə ət kimi bazara vermək daha sərfəli olub. Bu bazarda baş verən qəfil ucuzlaşma paytaxt da hiss olunur. Bir müddət əvvəl keyfiyyətindən asılı olaraq 9 manat – 10 manat 50 qəpiyə satılan mal ətinin qiyməti indi 6-8 manat civarındadır.

Ucuz aldıqları heyvanı münasib qiymətə də piştaxtaya çıxaran qəssablar nəticədən razı görünürlər.

Qəssablardan fərqli olaraq ekspertlər bu ucuzlaşmanın davam edəcəyi qənaətində deyillər. Ət sarıdan bazarda yaranan bolluq indi qiymətlərin ucuzlaşmasına səbəb olsa da, növbəti aylarda problemə yol aça bilər.

Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, yem qıtlığı ilə əlaqədar olaraq mal-qaranın zəifləyəcək: “O cümlədən də heyvanlar arasında tələfat halları da baş verə bilər. Ümumi götürəndə mal-qaranın sayında bir azalma olacaq. Bu da ət təklifinin azalmasına yol açacaq. Bu isə ət məhsulunun artımına səbəb olan amildir”.

Kənd Təsərrüfatı Nazirliyindən isə səslənən proqnozla bağlı narahatçılığa əsas olmadığını bildirdilər. Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev deyib ki, bahalaşma olarsa, bunu bazar özü tənzimləyəcək. Lakin nəzərə alsaq ki, ət Azərbaycanda əsas qida məhsullarındandır onun qiymətinin artması bazarda digər məhsulların qiymətinə də təsirsiz ötüşməyəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600