ETTELAAT-ın “verbovka” etdiyi azərbaycanlıların məhkəməsi başladı

media-hightechnic-468x90

71720_srcBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran rayon sakinləri Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi keçirilib. Yenicag.az virtualaz.org-a istinadən bildirir ki, məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinirlər. İttihamın bildirdiyinə görə, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin F.Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və.s kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.

Teymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. T.Rzazadə Qaffariyə “mən Allah ordusuna  əsgər seçilirəm” məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda mömünlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəran dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib.

T.Rzazadə Lənkəranın polis rəsi,  sərhəd qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsi, Şeyxülislam Allahşükür Paşazadənin cənub böldəsinə səfərləri, Türkiyənin Lənkərandakı fəxri konsulluğu, Hərbi Hava Qüvvələrinin Sumqayıt yaxınlığında yerləşən hissələri və oradakı hərbi texnikalar haqda məlumatlar toplayaq Qaffariyə ötürüb. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları  tərəfindən həbs olunublar. Məhkəmə dindirilən hər iki şəxs özlərini qismən təqsirli biliblər.

Məhkəmə prosesi noyabrın 25-nədək təxirə salınıb.

Bu sensasion məhkəmə prosesi və İran kəşfiyyatçılarına işləyən Lənkəran sakinlərinin cinayət dosyesi haqda daha təfərrüatlı yazı hazırlanır. Saytımızı izləyin.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600