“Eurovision 2017” mahnı müsabiqəsinin ikinci yarım finalı başlayıb.
Yeniçağ.Az-ın məlumatına görə, bu gecə 18 ölkədən yalnız 10-u finala vəsiqə qazanacaq.
Səhnəyə çıxacaq ölkələr bunlardır: Avstriya, Serbiya, Makedoniya, Malta, Rumıniya, Niderland, Macarıstan, Danirmarka, İrlandiya, San – Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estonya, İsrail.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva birinci yarımfinalda səkkizinci olaraq səhnəyə çıxmışdı. “Skeletons” mahnısını səsləndirən Diana finala vəsiqə qazananlar sırasında olub.
“Eurovision 2017″nin finalı mayın 13-də baş tutacaq.
Yeniçağ.Az