!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Evlilik təklifi alanda şərt kəsdim ki..." - Xəyalə GİZLİNLƏRİ AÇDI

!Reklam – Yazi

“Evlilik təklifi alanda ona dedim, bir dəqiqə “stop” və şərtlərimi söylədim…”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xəyalə Manaflı “Elgizlə izlə” verilişində deyib.

Bu günlərdə ailə həyatı quran sənətçi evlilikdən öncə gələcək həyat yoldaşı ilə şərt kəsdiyini bildirib:

“Nurlan mənə evlilik təklifi edəndə ona dedim, bir dəqiqə “stop”, mən yaradıcı adamam, ruhi azadlığım var. Özüm haqda məlumat verdim, şərtlərimi söylədim. Dedim, qəliz adamam, hər adam mənimlə yola gedə bilməz. Bəzən günlərlə itə bilərəm, kaprizlərim ola bilər. O da dinlədi və razılaşdı”.

Həyat yoldaşının qadın bərbəri olduğunu deyən sənətçi onu qısqanmadığını da bildirib:

“Biz o yaşda deyilik ki, bir-birimizi qısqanaq. Mən artıq olğun bir yaşdayam və hər şeyi anlayışla qarşılayıram. Bu, onun peşəsidir, niyə qadınlara qısqanım ki?.. O da qısqanmır, çünki bilir, mən də sənət adamıyam”.

Nehru

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv