Eyyub Hüseynova ağır itki

media-hightechnic-468x90

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.

Yenicag.az xəbər verir ki, Eyyub Hüseynovun qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib.

E. Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, Xumar bir ildir ki, ağciyərində xərçəng xəstəliyinə görə müalicə alırmış. O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib:

“Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm”.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa