“Facebook” videoları ilə bağlı mühüm yenilik

media-hightechnic-468x90

“Facebook” sosial şəbəkəsi videoların ortasında yerləşdiriləcək reklamların sınaqlarını keçirir.

Yeniçağ.Az-ın “İKT.lent.az”a istinadən verdiyi məlumata görə, bu barədə layihənin bəzi insayderləri bildirib.

Yeni reklam modeli reklam rolikinin videoya baxılmağa başladıqdan azı 20 saniyə sonra istifadəçinin qarşısına çıxmasını nəzərdə tutur. Bu cür reklamlardan əldə olunacaq gəlirin 55%-i videonun müəllifinə, qalanı isə “Facebook”a çatacaq. Analoji modeldən “YouTube” da istifadə edir.

Əgər sistem uğurla istifadəyə verilərsə, ilk dəfə olaraq “Facebook” istifadəçiləri yüklənən kontentə görə real maddi gəlir əldə edəcəklər.

Qeyd edək ki, 2016-cı ildə “Facebook” videoları gün ərzində 100 milyon saat izlənib. Mark Zukerberq “pre-roll” formatının (videonun əvvəlində reklam) tətbiqinə razılaşmayıb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600