Fast-foodun zərərlərindən xəbərdarsınız? – Sorğu

media-hightechnic-468x90

10841448_10204474804222889_1298302697_nƏsasən evdə olmadığımız zamanlarda-çöldə, işdə, dərsdə və s yerlərdə qarnımızı doyurmaq üçün fast food qidaları qəbul edirik. “Fast food” ayaqüstü yeyilən qidalar anlamına gəlir ki, buraya qamburger, pizza, sandviç və s. tez-bazar hazırlanan yeməklər aiddir. Dəfələrlə zərərləri barədə, müxtəlif insanlardan, o cümlədən mətbuatdan eşitsək də, buna əhəmiyyət vermirik, yaxud məcburiyyətdən bu təamları dadırıq. Hətta bəzən həkimlər tez-bazar hazırlanan qidaların insan orqanizminə birbaşa fəsadları barədə açıq şəkildə bildirilər. Onların gəldiyi qənaət belə olmuşdur ki, “fast food” insanda sonradan xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır.

Üstəlik də mənşəyi bəlli olmayan ətlərlə hazırlanan dönərlərin fəsadlarının daha tükürpədici olmasını təsəvvür etmək heç də çətin deyil. Yenicag.az saytı olaraq bu barədə gənclərin fikrini öyrənməyə çalışdıq. “Qəbul etdiyiniz fastfood qidaların zərərindən nə dərəcədə xəbərdarsınız?” sualı ilə müraciət etdik.

Səbuhi Allahverdizadə: “Mədə-bağırsaq xəstəliklərinə, o cümlədən piylənməyə, xərçəng xəstəliyinə yol açdığından xəbərdaram”.
Şəmistan Fikrətli: “Fikrimcə xərçəng xəstəliyini yaradan əsas amillərdən biridir”.

İnci Yusifova: “Zərərlərini bilirəm amma yenədə yeyirəm. Sonra da peşman oluram”

Ruhanə Paşazadə: “Bilirəm ki, orqanizmə çox zərərlidir,məsələn artıq çəki yaradır,eyni zamanda tərkibindəki qidalar insanda asılılıq yaradır, amma nə olsa da insan bəzən fast food yemək istəyir”

Taleh Mursaqulov :“Televiziya, radio, qəzetdə, bir sözlə cəmiyyətdə zərərindən çox bəhs edirlər,amma məncə bu sadəcə qara PR-dir ve dedikleri qədər də ziyan deyil”

Məryəm Cəfər :“Demək olar artıq hamısından xəbərdaram və bu səbəbdən də fastfood qəbul etmirəm”

Afaq Elçinqızı : “Mümkün olduğu qədər fastfood qidalarından istifadə etmirəm, Çünki həm gigiyenik cəhətdən güvənmirəm, həm də müxtəlif xəstəliklərin yaranmasına, kökəlməyə şərait yaradır”

Faiq Kərimoğlu- Fastfood qidalarının zərərli olduğundan xəbərdarıq. Ancaq elə məqamlar varki, məsələn vaxtın bizi sıxdığı zaman ayaqüstü yemək məcburiyyətində qalırıq.

Almaz İbrahimova- Bu barədə kifayət qədər məlumatlı deyiləm.

Kamran ƏDALƏTOĞLU/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600