Bu gün Nəsimi Rayon Məhkəməsində müğənni Fədayə Laçının müraciəti üzrə məhkəmə keçirilib. Məhkəməyə həbs qətiimkan tədbirinin dəyişdirilməsini ilə bağlı müraciət edən müğənninin vəsatəti təmin edilməyib.
Yenicag.az-a açıqlama verən Fədayə Laçının bacısı İlahə Fəda məhkəmədə iştirak etmədiyini bildirib:
“İclas qapalı oldu, biz məhkəmədə iştirak edə bilmədik. Hələ nə qərar verildiyindən də xəbərimiz yoxdur. Əgər bacımın günahı varsa, cəzalandırılacaq; günahı yoxdursa, buraxılacaq. Əgər səhvi olubsa da, ondan ürəyinin saflığı ucbatından istifadə ediblər. Yanlış zamanda, yanlış yerdə olub. Mən bacımı özüm qədər tanıyıram və bilirəm ki, onun necə gözəl ürəyi var”.
İlahə Fəda bacısının səhhətindən də danışıb:
“Bacımın səhhətində problemlər var. Buna görə istəyirik ki, istintaq getdiyi müddətdə evdə olsun. Elə buna görə də məhkəməyə müraciət olunub”.
Cəvahir
www.yenicag.az