Fəhlə faciəvi şəkildə öldü
Sumqayıtda ölüm hadisəsi qeydə alınıb.
Olay şəhərin 17-ci mikrorayonunda sabah açılışı planlaşdırılan “Rahat” marketdə baş verib.
Orada çalışan fəhlə marketin içində hərəkət edən eskalatorun arasında qalaraq dünyasını dəyişib.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından bildirilib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Yeni lift yoxlanılırmış. Bu zaman işlək vəziyyətdə olan lift fəhləni divara sıxıb.
Dünyasının dəyişən şəxs 1990-cı il təvəllüdlü Ruslan Taleh oğlu Qurbanovdur.
Faktla bağlı araşdırma aparılır.