“Fənərbaxça”nın futbolçusu həbs olundu

media-hightechnic-468x90

“Fənərbaxça”nın futbolçusu Ozan Tufan gözlənilməz vəziyyətlə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, Türkiyə millisinin üzvü polis tərəfindən saxlanılıb.

Buna futbolçunun qeyri-qanuni yolla ölkəyə avtomobil gətirən qruplaşmadan maşın alması səbəb olub.
Məsələ burasındadır ki, İstanbul Vilayət Jandarma Komandanlığı Türkiyəyə qaçaq yolla lüks avtomobillər və saxta siqaretlərin gətirilməsi ilə bağlı məlumat əldə edib. Nəticədə, Bakırköy Cümhuriyyət Prokurorluğu məsələni nəzarətə götürüb. 6 aylıq araşdırmadan sonra general-mayor Hüseyin Kurtoğlunun rəhbərliyi ilə səhər saatlarında əməliyyat tədbiri həyata keçirilib.

Prokurorluğun təlimatı əsasında 46 nəfər nəzarətə götürülüb. Onların evində axtarış aparılıb. Şübhəlilər arasında olan Ozan Tufan hazırda nəzarətdə saxlanılır.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600