Fəxrəddin Manafovdan KÖVRƏK PAYLAŞIM - FOTO

media-hightechnic-468x90

Xalq artisti Fəxrəddin Manafov arxiv fotosu ilə sosial şəbəkə izləyicilərinin diqqətini üzərinə çəkib.

Yenicag.az xəbər verir ki, Manafov 1962-ci ildə Xankəndidə çəkilmiş uşaqlıq fotosunu “Instagram” hesabında paylaşıb.

Sənətçi 60 il əvvəl çəkilən fotonu “Uşaqlıq… 1962” şərhi ilə təqdim edib.

Şəkil izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Əksər izləyicilər ona “Azərbaycanın nömrə 1 aktyoru”, “Xarizma”, “Əsil kişi aktyor”, “Dəyişməyən aktyor” kimi xoş sözlər yazıb.

Qeyd edək ki, Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub.

Fotonu təqdim edirik:

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa