FHN Bakıda yaşayış binaları yaxınlığında anbarda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Yenicag.az xəbər verir ki, məlumatda qeyd olunur:
“Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən anbarda yanğın baş verib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Ölən və xəsarət alan olmayıb”.
***
Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yaşayış binalarının yaxınlığnda yerləşən həyət evləri və obyektlərin ərazisində yanğın baş verib.
Yenicag.az-ın məlumatına görə, hazırda yanğını söndürmək üçün hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil./Trend/
www.yenicag.az