FHN partlayışla bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, Bakı şəhəri, Nəsimi rayonunda birmərtəbəli çoxmənzilli kommunal tipli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.
Yanğın hadisəsi olmayıb. Partlayış nəticəsində mənzillərin qapı və pəncərələri çərçivədən çıxıb, arakəsmə divarları uçub. Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.