!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FİFA korrupsiyada iddiham olunur

!Reklam – Yazi

46360Dünyada FİFA kimi ziddiyyətli idman federasiyası yoxdur.

Belə bir iddia ilə dünyaca məşhur “Financial Times” qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, son 4 ildə FİFA-da korrupsiya ilə bağlı ittihamlar gündəlikdən düşmür:

“FİFA isə nə əməlli-başlı istintaq aparır, nə də istintaqı tam açıqlayır. Son korrupsiya ittihamları onunla bağlı idi ki, 2018-ci ildə Rusiyanın, 2022-ci ildə Qətərin futbol üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi etməsi qərarlarında rüşvətin rolu olub. İndi FİFA guya məsələni araşdırandan sonra qərar verdi ki, korrupsiya ittihamları özünü doğrultmadı, bu ölkələr planlaşdırıldığı kimi dünya kuboku yarışlarını keçirəcəklər”.

Ancaq sözügedən məqalədə iddia olunur ki, hesabatı hazırlayan amerikalı vəkil Mikail Qarsiyaya istintaq apararkən rüşvətdə şübhəli bilinən FİFA rəsmilərinin Rusiya və Qətər nümayəndələri ilə telefon danışıqlarının yazısını dinləməyə və e-maillərini oxumağa icazə verilməyib:

Vəkilin araşdırmasının nəticəsi olaraq hazırlanan hesabat 350 səhifə olsa da sənədi FİFA rəhbərliyi ixtisar edib, 42 səhifəyə salıb. Hesabatın bu formada ixtisar olunmasına hətta Qarsiya belə razılaşmayıb. O, bildirib ki, bu hesabatda xeyli səhvlər var.

Məqalə müəllifi hesab edir ki, FİFA-da tezliklə dəyişikliklər olacaq: “Dünya kubokunun növbəti 2 ev sahibi yerində qaldı. FİFA prezidenti düşünür ki, bu “tufan”ı necə sakitləşdirsin”. (anspress.com)

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv