FİFA millinin üzvünü futboldan kənarlaşdırdı

media-hightechnic-468x90

FIFA Peru millisinin üzvü Paolo Querreronu 1 il müddətində futboldan uzaqlaşdırıb.

Yenicag.az xəbər verir ki, buna 33 yaşlı hücumçunun kokaindən istifadə etməsi səbəb olub.

Qurumun yaydığı rəsmi məlumata görə, o, DÇ-2018-in Cənubi Amerika seçmə mərhələsi çərçivəsində Argentina ilə keçirilən oyundan sonra dopinq testdən keçib. Onun qanında kokain maddəsinə rast gəlinib.

Braziliyanın “Flamenqo” klubunun futbolçusunun cəzasının müddəti 2017-ci ilin noyabrın 3-dən hesablanacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600