Xalq artisti Flora Kərimova qızı ilə bağlı arzusunu dilə gətirib.
Yenicag.az xəbər verir ki, sənətkar illər öncə oğlu ilə qızının dialoqunu xatırlayıb:
“Hələ evlənməmişdi, oğlumla qızım söhbət edirdi. Qəflətən eşitdim, oğlum dedi ki, qızım olanda adını Flora qoyacam. Qızım da eyni sözü dedi. Oğlumun iki oğlu oldu, amma qızımdan bunu gözləyirəm”.
Xalq artisti qadınların heç vaxt xoşbəxt olmadığını da bildirib:
“Məmnun olurdum, amma xoşbəxt yox. Qadın heç vaxt xoşbəxt olmur. Ən ağıllı və ən zəngin qadın olsa da belə…”
ARB-nin “Şou Nyus” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru
www.yenicag.az