Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Flora Kərimovaya lağ edən Afətə ağır sözlər - FOTOLAR

Müğənni Afət Fərmanqızı yaşlı həmkarı, xalq artisti Flora Kərimovanı lağa qoyub.

Yenicag.az xəbər verir ki, Fərmanqızı xalq artistinin fotosunu və “10 yaşadək olan uşaqların sidiyini için, 20 ildir bu müalicə üsulundan istifadə edirəm” açıqlamasını “İnstagram” hesabında paylaşıb.

O paylaşımını belə təqdim edib: “Dəyərli sənətkardan soruşmaq istəyirəm. Sidik isti içilir, yoxsa soyuq halda…”

Onun sözləri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

F.Kərimovanın pərəstişkarları Afətin ünvanına sərt fikirlər yazıblar.

Qeyd edək ki, xalq artisti Medicina.az-a müsahibəsində sağlamlıqla bağlı sirlərini bölüşərkən, “10 yaşadək olan uşaqların sidiyini için, 20 ildir bu müalicə üsulundan istifadə edirəm” deyib.

Xatırladaq ki, onların arasında qalmaqal bir müddət əvvəl yaranıb. Xalq artisti Flora Kərimova televiziyada Afət Fərmanqızını “Pəncü şeş” mahnısına görə kəskin tənqid edib. Afətin də qarşı tərəfə təhqirlə cavab verməsi qalmaqalı böyüdüb.

Nehru

www.yenicag.az

1649
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100