Fransa Superkubokunun qalibi bəlli oldu

media-hightechnic-468x90

PSJ və “Renn” komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.

Yenicag.az xəbər verir ki, həlledici görüşdə “Renn” komandasına qalib gələn “Paris Sen-Jermen” kubokun sahibi olub.

Çinin Şencen şəhərində oynanılan qarşılaşmada hesabı 13-cü dəqiqədə “Renn”in heyətində Adrien Huno açıb. 57-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Anxel Di Mariya qoyub.

Beləliklə, PSJ “Renn” üzərində 2:1 hesablı qələbə qazanaraq Superkuboku başı üzərinə qaldırıb./Trend/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05