Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq, İrlandiya və Portuqaliya ilə keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.
Yenicag.az xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazi 25 futbolçuya dəvət göndərib. Onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç də var.
Qeyd edək ki, sentyabrın 1-də Lüksemburqun qonağı olacaq Azərbaycan millisi 3 gün sonra İrlandiyaya səfər edəcək. Yığma sentyabrın 7-də isə Bakıda Portuqaliya seçməsi ilə qarşılaşacaq.
1 | Aydın Bayramov | “Sumqayıt” | Qapıçı |
2 | Mehti Cənnətov | “Zirə” | Qapıçı |
3 | Şahrudin Məhəmmədəliyev | “Qarabağ” | Qapıçı |
4 | Maksim Medvedev | “Qarabağ” | Müdafiəçi |
5 | Bəhlul Mustafazadə | “Qarabağ” | Müdafiəçi |
6 | Azər Salahlı | “Keşlə” | Müdafiəçi |
7 | Təmkin Xəlilzadə | “Zirə” | Müdafiəçi |
8 | Höccət Haqverdi | “Sumqayıt” | Müdafiəçi |
9 | Elvin Bədəlov | “Sumqayıt” | Müdafiəçi |
10 | Sərtan Taşkın | “Zirə” | Müdafiəçi |
11 | Abbas Hüseynov | “Qarabağ” | Müdafiəçi |
12 | Toral Bayramov | “Qarabağ” | Müdafiəçi |
13 | Anton Krivotsyuk | “Visla” (Plotsk, Polşa) | Müdafiəçi |
14 | İsmayıl İbrahimli | “Qarabağ” | Yarımmüdafiəçi |
15 | Qara Qarayev | “Qarabağ” | Yarımmüdafiəçi |
16 | Anatolii Nuriiev | “Kolos” (Ukrayna) | Yarımmüdafiəçi |
17 | Filip Ozobiç | “Qarabağ” | Yarımmüdafiəçi |
18 | Vüqar Mustafayev | “Sumqayıt” | Yarımmüdafiəçi |
19 | Emin Mahmudov | “Neftçi” | Yarımmüdafiəçi |
20 | Rəhim Sadıxov | “Sumqayıt” | Yarımmüdafiəçi |
21 | Mahir Emreli | “Legiya” (Polşa) | Hücumçu |
22 | Namik Ələskərov | “Bursaspor” (Türkiyə) | Hücumçu |
23 | Əli Qurbani | “Sumqayıt” | Hücumçu |
24 | Ramil Şeydayev | “Qarabağ” | Hücumçu |
25 | Rüstəm Əhmədzadə | “Minay” (Ukrayna) | Hücumçu |
www.yenicag.az