Gecə baş verən dəhşətli qəzada ölənlərin kimliyi bəlli oldu-Foto
Ötən gecə Bakının Nizami rayonu ərazisində baş verən dəhşətli qəzada ölənlərin və yaralının kimliyi məlum olub.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində baş verən ağır yol qəzası nəricəsində 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov ağır yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Qəza zamanı dünyasını dəyişən 1984-cü il təvəllüdlü Faiq Rafiq oğlu Dəmirov, 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov və onun əmisi oğlu, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirovdur.
Qeyd edək ki, ötən gecə Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.