Gəncədə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır - FOTO

media-hightechnic-468x90

Ötən gün əsən güclü külək Gəncədə bir sıra fəsadlar törədib. Belə ki, şəhərin Adil Ziyadxanov küçəsində yerləşən Xalça Zavodunun sahəsində yüksək gərginlikli elektrik xəttində baş verən qısaqapanma səbəbindən yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunaraq alovun söndürülməsi istiqamətində işlər aparılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə hadisə yerinə baş çəkib. Qeyri-sabit hava şəraitinin yol açdığı fəsadların qısa müddət ərzində aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Bundan əlavə  əsən güclü külək  Gülüstan qəsəbəsində yerləşən yaşayış binasının dam örtüyünün bir hissəsini aşırıb, Şahsevərlər küçəsində həyət evinin dam örtüyünü yararsız hala salıb, Nizami Gəncəvi prospektində isə binanın fasad hissəsinə zərər vurub. Bununla yanaşı,  güclü külək nəticəsində 3 – cü mikrorayonun ərazisində, Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində, Mirzə Abbas Abbaszadə, Azərbaycan bayrağı, Azərbaycan, Əttarlar və Cavad xan küçələrində, 6 saylı MİS – nin ərazisində, Fizuli və Nərimanov parklarında ağacların aşması və budaqların qırılması müşahidə olunub.

Gəncə şəhər Mənzil Kommunat Təsərrüfat İstehsalat Birliyinin  əməkdaşları hadisə baş verən ərazilərdə çalışaraq sözügedən fəsadları aradan qaldırır. Uçan dam örtüklərinin təmir-bərpa işlərinə başlanılıb, aşan ağaclar və sınan budaqlar yığışdırılır.

Qeyd edək ki, şəhər  Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600