Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Rüzgar Qasımov küçəsi, dalan 2 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.
Yenicag.az ANAMA-ya istinadən xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumat əsasında həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə İşıq idarəsinin həyətinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 130 mm-lik top mərmisi (S-482) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.
www.yenicag.az