Ermənistanda LGBT təmsilçiləri İrəvanın mərkəzi polis bölməsinə basqın edərək, iki polisi döyüblər.
Yenicag.ru-nun Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə yayılmış xəbər İrəvan Polis İdarəsi tərəfindən təsdiqlənib.
Qeyd olunur ki, geylərin polis bölməsinə basqınının səbəbi şəhər sakinlərindən birinin cinsi azlıq nümayəndələrinə hücum çəkməsi olub. Polis həmin şəxsi saxlayıb.
İrəvan Polis İdarəsinin insidentlə bağlı yaydığı məlumatda isə qeyd olunub ki, geylərin bu hadisədən sonra şəhərdə səs-küy salmaları və ucadan söyüş söymələri yaxınlıqdakı küçələrin sakinlərini qəzəbləndirib:
“Zərərçəkən tərəfin təmsilçiləri şübhəli şəxs qismində saxlanılan vətəndaşın mərkəzi polis bölməsinə gətiriləcəyini öyrəndikdən sonra həmin əraziyə gəliblər və bu zaman orada əlavə gərginlik yaranıb.
Səs-küydən və ucadan söyüş söyülməsindən qəzəblənən yaxınlıqdakı küçələrin sakinləri də əraziyə axışıblar”.
Məlumatda bildirilir ki, “Polislərin tolerant davranışını düzgün qiymətləndirməyən ilk baxışda qadınlar, əslində isə qadın paltarı geymiş kişilər və onların tərəfdarları şübhəli şəxs qismində saxlanılan vətəndaşı tutmaq məqsədi ilə bölməyə soxulublar. Bu zaman iki polis əməkdaşına xəsarət yetirilib, onlardan biri xəstəxanaya aparılıb”.
Polislərə xəsarət yetirən geylərin müəyyən edildiyi və saxlanıldıqları bildirilir.
www.yenicag.az