Goranboyda canavarlar kəndə hücum etdilər: 7 baş qoyunu parçaladılar - FOTO

media-hightechnic-468x90

Goranboy rayonunun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə 93 yaşlı kənd sakini Sarı Əliyevin fərdi təsərrüfatında baş verib.

S.Əliyev 40 baş xırdabuynuzlu mal-qaranı tövləyə salaraq evə gedib. Bir müddətdən sonra səs-küyə bayıra çıxıb. Məlum olub ki, həyətə bir neçə canavar girib və qoyunlardan 7-ni parçalayıb. Bir neçə heyvan yaralanıb.

Hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa