Goranboyda kişi gəlinin evinin önünə qumbara atdı

media-hightechnic-468x90

Goranboyda 38 yaşlı qadın ailə münaqişəsi zəminində yaralanıb.

media-banner_tkm

Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Vəfa Aslanova ailə münaqişəsi zəminində çox saylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, qadının qayınatası 1957-ci il təvəllüdlü Zakir Namazov qadının yaşadığı evin önünə qumbara atıb. Nəticədə qadın qəlpə xəsarətləri alıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05