Anar Allahverdiyevin polis rəisi ilə görüşdükdən sonra Müşfiq Allahverdiyevin azad olunduğu və Bakıya göndərildiyi deyilir. Hazırda bir müddət əvvəl cinayət törətmiş və ictimai təhlükəli Müşfiq Allahverdiyev Bakı şəhəri Teymur Əliyev küçəsində qardaşına məxsus villada yaşayır.
Ötən ay mətbuatda martın 29-da saat 16:00 radələrində Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsində rayon sakini rayon sakinin 1980-ci il təvəllüdlü Müşfiq Allahverdiyev qaynı olan Potu kənd sakini, 1986-cı il təvəllüdlü İlqar İsgəndərova döş qəfəsi və ayaq nahiyəsindən 3 bıçaq xəsarəti yetirməsi ilə bağlı məlumat yayıldı. Həmin hadisənin baş verməsini daha sonra hüquq mühafizə orqanları təsdiq edərək cinayəti törətmiş Müşfiq Allahverdiyevin həbs olunması ilə bağlı məlumat yaydılar.
Qeyd edək ki, öz dükanında İlqar İsgəndərova bir neçə dəfə bıçaq zərbəsi endirdikdən sonra qurbanının sağ qaldığını eşidərək Göyçay rayon Mərkəzi Xəstəxanasına hüsum edərək keçmiş qaynını xəstəxanada öldürməyə cəhd eləmişdi. Polislər Müşfiq Allahverdiyevi xəstəxanada həbs etmişdi. Həbs zamanı Müşfiq Allahverdiyev xəstəxaynaya maddi ziyan da vurmuşdu.
AzMedia.info-ya özəl mənbələrdən daxil olan məlumata görə cinayət törətmiş şəxs Göyçay rayon sakini Müşfiq Allahverdiyev hadisədən bir müddət sonra azadlığa çıxıb. Cinayətkarın azadlığa çıxmasına yardımçı isə onun Gömrük sistemində işləyən milyonçu qardaşı Anar Allahverdiyev olub.
Saytımıza məlumat verən mənbəmiz bildirir ki, hadisədən bir neçə gün sonra Anar Allahverdiyev Porsche Cayenne markalı avtomobillə Göyçaya gəlib və rayon polis şöbəsinin rəisi ilə görüşüb. Polis rəisi ilə görüşdükdən sonra Müşfiq Allahverdiyevin azad olunduğu və Bakıya göndərildiyi deyilir. Ancaq Anar Allahverdiyev Göyçayda şaiyə buraxdırıb ki, guya Müşfiq haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçiblər və onu Gəncə təcridaxanasına aparıblar.
Mənbəmiz qeyd edir ki, Anar Allahverdiyev qardaşının həbsdən çıxması üçün ümumilkdə 100 min manata yaxın xərc çəkib. Bu xərcin içində polis rəisi, prokuror, məhkəmə və zərərçəkən tərəfdə daxildir. Bildirək ki, hadisədə xəsarət alan şəxs İlqar İsgəndərov Müşfiq Allahverdiyevin keçmiş qaynıdır.
Anar Allahverdiyevin qardaşının keçmiş qaynını və onun valideyinlərini pulla ələ alaraq şikayətçi olmamlarını saxladığı bildirilir. Hazırda Müşfiq Allahverdiyevin Bakı şəhəri Teymur Əliyev küçəsində qardaşına məxsus villada yaşadığı deyilir.
Bildirək ki, Gömrük Komitəsində işləyən bu şəxsin hər hansı bir vəzifəsi yoxdur. Lakin Anar Allahverdiyevin “Broker” MMC-nin əsas simalarından biri olduğu və gömrükdən topladığı pullarla qeyri-rəsmi milyonlara sahib olduğu bildirilir. 30 yaşlı bir gömrük işçisinin Bakı şəhərində 3-5 milyonluq bir neçə villası, onlarla obyektləri, bir neçə bahalı son model avtomobilləri, Göyçayda obyektləri, torpaq sahələri, İsmayıllı rayon Talış kəndində 3 villası, Türkiyədə və digər ölkələrdə villaları, həmçinin biznes qurumları olduğu qeyd olunur.
Anar Allahevrdiyevin avtomobillərinin nömrəsi əsasən 10 HH 100, 10 AA 040 seriyalaır ilə başlayır.
Qeyd edək ki Anar Allahverdiyev ilk dəfə qardaşı Müşviq Allahverdiyevin həyat yoldaşə, Göyçay rayonu, Potu kənd sakini Ülviyyə Allahverdiyevanı iki uşaqla küçəyə atdığına görə gündəmə gəlmişdi. Müşviq Allahverdiyevin bıçaqladığı İlqar İsgəndərov isə Ülviyyə Allahverdiyevanın qardaşıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./AzMedia.info
www.yenicag.az