Göyçayda dəhşət: Avtomobil və ev birlikdə yandı

media-hightechnic-468x90

Göyçayda avtomobil və ev birlikdə yanıb.

media-banner_tkm

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Vaqif Əliyev “QAZ-53” markalı yük avtomobili ilə həyətyanı sahəsinə ot gətirən zaman avtomobil həyətyanı ərazidəki elektrik cərəyan xəttinə toxunub və cərəyanın təsirindən yanğın baş verib. Nəticədə avtomobil və onun yük yerindəki 1 ton ot alışıb.

Alov bir qədər sonra ona məxsus evə keçib, bu zaman evin də bir hissəsi yanıb. Əraziyə Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub və alovun qarşısı alınıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05