Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoydu - FOTO

media-hightechnic-468x90

Bu səhərdən əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kimi Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.

media-banner_tkm

Bunu Yenicag.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, hazırda qurum əməkdaşları qəzaların nəticələrini aradan qaldırmaqla məşğuldur: “Güclü külək “Aran” Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən Ağdamda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi ilə  təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəzanın baş verdiyi ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib.

Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Külək imkan verdiyi qədər tez zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05